Avropa çempionatında kim liderdir?

 

Belqradda keçirilən qadın şahmatçılar arasında Avropanın 14-cü şəxsi çempionatında altıncı turun görüşləri ilə yarış məsafəsinin birinci yarısı arxada qalmışdır. İlk altı turda Azərbaycanın səkkiz təmsilçisi arasında Gülnar Məmmədova daha inamla çıxış etmişdir.

Şahmatçımız özünün altıncı görüşündə italiyalı Tera Queçiyə qalib gələrək xal ehtiyatını 4-ə çatdırmış və 169 rəqibin nəticələrini əks etdirən turnir cədvəlində 30-cu pilləyə yüksəlmişdir. Gülnarın beşinci turda Azərbaycan şahmat məktəbinin digər yetirməsi, Avropa çempionatında Türkiyəni təmsil edən Xəyalə İsgəndərova ilə heç-heçə oynadığını da qeyd edək.

Altıncı tur Məmmədovanın rəfiqələri Xəyalə Abdulla və Nərmin Kazımova üçün də uğurlu olmuşdur. Onlar müvafiq surətdə rusiyalı Tatyana Boqumiyə və Boqdana Monkeviçə (Serbiya) qalib gəlmişlər.

Avropa çempionatında finişə beş tur qalmış turnir cədvəlinə gürcüstanlı Nino Xurtsidze başçılıq edir. Lider beş qələbə və bir heç-heçə sayəsində 5,5 xal toplamışdır. Dünən axşam yeddinci turun görüşləri keçirilmişdir.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında