Gülnar Məmmədova-keçmiş dünya çempionu Aleksandra Kostenyuk-1:0

Gülnar Məmmədova-keçmiş dünya çempionu Aleksandra Kostenyuk-1:0

    Belqradda keçirilən qadın şahmatçılar arasında 14-cü Avropa çempionatının 169 iştirakçısından (onlardan 81-i qrossmeysterdir) 24 nəfəri, o cümlədən azərbaycanlı Gülnar Məmmədova ilk iki turda maksimum nəticə göstərərək hərəyə 2 xal toplamışdır.

      Çempionatın startında rusiyalı Alina Yeqorovaya qalib gələn Məmmədova ertəsi gün özünün ilk müvəffəqiyyətini bir qədər də inkişaf etdirmişdir. Bu dəfə Gülnar Rusiyanın digər şahmatçısı, keçmiş dünya çempionu Aleksandra Kostenyuku məğlubiyyətlə barışmağa məcbur etmişdir.

      Ardıcıl iki qələbə Azərbaycan təmsilçisinə turnir cədvəlində ikinci pilləyə yüksəlmək imkanı vermişdir. Əlavə göstəricilərə görə Məmmədova yalnız cədvəldə birinci mövqedə olan latviyalı Laura Rogeledən geri qalır.

      İki turdan sonra ölkəmizin digər yeddi şahmatçısı arasında ən yaxşı nəticəni Nərgiz Umudova göstərmişdir. İlk görüşdə Nadina Maxmutbeqoviç üzərində qələbə qazanan Umudova növbəti turda Yevgeniya Ovod (Rusiya) ilə heç-heçə oyanmış və 1,5 xal toplamışdır.

      Xatırladaq ki, Avropa çemponatı 11 turdan ibarətdir. Üçüncü turun görüşləri dünən axşam keçirilmişdir. Məmmədova bu dəfə qara fiqurlarla İspaniya təmsilçisi Ana Matnadzeyə qarşı oynamışdır.

Oqtay BAYRAMOV, “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında