AFFA jurnalistlərin peşə bayramını təbrik edib

 

Dünən AFFA-nın inzibati binasında mətbuat nümayəndələrinin iştirakı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. Qurumun baş katibi Elxan Məmmədov kütləvi informasiya vasitələri nümayəndələrini AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından peşə bayramı münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzuladı.

E.Məmmədov çıxışında AFFA-nın son dövrlərdə Azərbaycan futbolunun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıb, assosiasiya ilə İspaniyanın “Barselona” və Portuqaliyanın “Sportinq” klublarının futbol məktəbləri arasında əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verdi.

Baş katib həmçinin AFFA ilə Bakcell şirkətinin birgə əməkdaşlığı çərçivəsində “Mançester Yunayted” Yay Futbol Məktəbinin ölkəmizdə uşaqlar üçün təşkil olunmuş seçim turlarını xatırladıb, bu tədbirlərin uşaq futbolunun inkişafına müsbət təsir göstərəcəyini vurğuladı.

Axırda Elxan Məmmədov jurnalistləri maraqlandıran suallara cavablandırdı.

Sonda mətbuat nümayəndələrinə AFFA-nın hədiyyələri təqdim olundu.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında