Karyakindən sonra Topalov da Məmmədyarovla bacarmadı

 

Pekində davam edən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) “Qran-Pri” yarışları seriyasından beşinci mərhələ turnirinin altıncı turu Şəhriyar Məmmədyarov və onun pərəstişkarları üçün qrossmeysterimizin buna qədər vahid lider olmuş rusiyalı Sergey Karyakin üzərində qələbəsi ilə əlamətdar olmuşdur.

Prinsipial görüşün 95-ci gedişində Azərbaycan şahmatçısının qara fiqurlarla müvəffəqiyyəti ona Karyakinə çatmaq və yarışın üç liderindən biri olmaq imkanı vermişdir.

İlk altı turda 12 rəqib arasında ən yaxşı nəticə göstərən Məmmədyarov, Karyakin və rusiyalının həmvətəni Aleksandr Qrişuk hərəyə 4 xal toplamışlar. Dörd-yeddinci yerləri bölüşdürən Aniş Giri (Hollandiya), Veselin Topalov (Bolqarıstan), Aleksandr Morozeviç (Rusiya) və Van Yue (Çin) liderlərdən yarım xal geri qalırlar.

Dünən keçirilən yeddinci turda həmyerlimiz Topalovla görüşmüş və Çin paytaxtında dördüncü qələbəsini qazanaraq özünün xal ehtiyatını 5-ə çatdırmışdır. Bu gün isə Şəhriyar Van Yueyə qarşı oynayacaq.

Yeddinci turda Karyakinin Peter Lekoya (Macarıstan) uduzduğunu, Qrişukun isə Yueyə qalib gəldiyini də qeyd edək.

Bu arada avqustun 10-da Norveçin Tromse şəhərində starta çıxacaq Dünya Kuboku yarışının birinci dövrəsində Azərbaycan şahmatçılarının rəqibləri məlum olmuşdur. Məmmədyarov turnirə misirli Sami Şokerə qarşı görüşlə başlayacaq, Teymur Rəcəbov Peru təmsilçisi Cey Korini sınağa çəkəcək, Vasif Durarbəyli isə ukraynalı Anton Korobovla görüşəcək.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında