Azərbaycan finalın astanasına əzmkar qələbə ilə çatdı

 

Paytaxtımızda finişə yaxınlaşmaqda olan hərbçilər arasında futbol üzrə birinci Dünya Kuboku turnirində dörddəbir final görüşləri də arxada qalmış, daha dörd ölkə bu yarışda çıxışlarını dayandırmış və meydanda cəmi dörd komanda qalmışdır. Böyük fərəhlə qeyd edək ki, kuboka dörd iddiaçıdan biri Azərbaycan yığmasıdır.

Nazim Süleymanovun baş məşqçi olduğu komandanın “Dalğa Arena”da dörddəbir final səddini də dəf edib yarımfinala əzmkar qələbə ilə çıxması isə bu kollektivə xüsusi rəğbət hissi oyadır. Futbolçularımız bəhreynli rəqibləri ilə görüşün artıq birinci hissəsində hesabda irəli çıxsalar da, fasilədən sonra qonaqların qısa vaxt ərzində vurduqları iki top meydan sahiblərini ruhdan salmadı. Azərbaycan komandası böyük əzmkarlıq nümayiş etdirib oyunun son dəqiqələrində ikinci dəfə müvəffəqiyyət qazandı, əlavə vaxtda isə gərgin mübarizənin taleyini öz xeyrinə həll etdi - 3:2. Yığmamızı finalın astanasına gətirən qolların müəllifləri Elnur Abdulov, Ruslan Qurbanov və Rəhman Hacıyev oldular.

Digər dörddəbir final görüşləri belə nəticələnmişdir: İraq - Əlcəzair - 2:1, Kot d’İvuar - Kamerun - 2:1, Oman - Qətər - 3:0.

Bu gün keçiriləcək yarımfinal oyunlarında Azərbaycan futbolçuları Oman komandası ilə qarşılaşacaqlar, İraq isə Kot d’İvuarla görüşəcək. Maraqlıdır, iyulun 14-də finalda hansı iki xoşbəxt kollektivi görəcəyik...

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”   


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında