Təmsilçilərimiz Ümumdünya Universiadasında bir gündə 3 medal qazanmışlar

 

Kazanda (Rusiya) keçirilən XXVII Ümumdünya Yay Universiadasının üçüncü günü Azərbaycan idmançıları üçün çox uğurlu olmuşdur. Həmin gün təmsilçilərimiz kəskin rəqabət şəraitində davam edən yarışlarda üç medal qazanmış və onların müvəffəqiyyəti şərəfinə Tatarıstan paytaxtının idman saraylarında milli bayrağımız yüksəklərə ucaldılmışdır.

 Ülviyyə Kərimova kəmərlə güləş yarışlarında fərqlənmişdir. O, Ukrayna və Qazaxıstan idmançıları üzərində qələbələrdən sonra finala çıxmışdır. Ülviyyə həlledici görüşdə türkmənistanlı rəqibinə uduzsa da, 52 kq çəki dərəcəsində çıxışlarını fəxri kürsünün ikinci pilləsində, gümüş mükafatla başa vurmuşdur.

Ağırlıqqaldıran Kristina İovu da Universiadanın gümüş medalına sevinmişdir. Birdən 106, təkanla ağırlıqqaldırmada isə 126 kq nəticə göstərən Kristina iki hərəkətin cəmində 232 kq göstərici ilə öz çəki dərəcəsində (58 kq) ikinci yeri tutmuşdur.   

Ölkəmizə daha bir medalı isə cüdoçu Məmmədəli Mehdiyev (81 kq) qazandırmışdır. Tatami ustamız ABŞ, Portuqaliya, Koreya və Çexiya idmançılarına qalib gəlib yanrımfinalda yaponiyalı rəqibinə uduzmuş, ancaq üçüncü yer uğrunda görüşdə Çin cüdoçusunu məğlubiyyətə uğradaraq bürünc medala sahib olmuşdur. İki gümüş və bir bürünc medal yarışların üç günündən sonra Azərbaycan yığmasını Ümumdünya Universiadasında medal qazanmış ölkələrin siyahısında 25-ci mövqeyə yüksəltmişdir.

Dünən daha bir qrup idmançımız mübarizəyə qoşulmuşdur. Universiadaya iyulun 17-də yekun vurulacaqdır.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında