Azərbaycan Bəhreynə də qalib gəlib yarımfinala çıxmağa çalışacaq

 

Bakı stadionalarında keçirilən hərbçilər arasında futbol üzrə birinci Dünya Kuboku turnirinin qrup mərhələsi başa çatmışdır. Azərbaycan komandasına ilkin təbriklərimizi çatdıra bilərik. Nazim Süleymanovun yetirmələri İraq yığmasını da inamla məğlubiyyətə uğradaraq (3:0) dörddəbir finala “A”  qrupunun qalibi kimi vəsiqə qazanmışlar.

Qrupda Azərbaycan futbolçularının növbəti müvəffəqəyyətini Rəhman Hacıyev, Elvin Məmmədov və Nurlan Novruzovun vurduqları qollar təmin etmişdir. Yarış sahibləri ilk iki oyunda isə Mali və Kanada komandalarına müvafiq surətdə 4:0 və 2:0 hesabı ilə qalib gəlmişdilər. Nəticədə yığmamız qrup turnirini doqquz cavabsız qol və 9 xalla başa vurmuşdur.

Bizim qrupdan finalın ikinci iştirakçısı isə finişə 6 xalla çatan İraq kollektivi olmuşdur. Mali futbolçuları son oyunda Kanada kamandasına böyük hesabla qalib gəlsələr də (6:0) yalnız üçüncü yerlə kifayətlənmişlər- 3 xal. Kanadalılar isə hər üç görüşdə uduzmuşlar.

Digər qruplardan dörddəbir finala Əlcəzair və Bəhreyn, Oman və Kot d`İvuar, Qətər və Kamerun komandaları vəsiqə qazanmışlar.

Beləliklə, Dünya Kuboku turnirində mübarizəyə başlayan 16 komandadan səkkizi bu yarışla vidalaşmış, səkkizi isə yoluna davam edir. Bu gün keçiriləcək dörddəbir finalda Azərbaycan komandası Bəhreyn yığmasına qalib gəlib yarımfinala çıxmağa çalışacaq. Bu mərhələnin qalan görüşlərində isə İraq Əlcəzairlə, Kamerun Kot d`İvuarla və Qətər Omanla qarşılaşacaqlar.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında