Məmmədyarov fasiləni ardıcıl iki qələbə ilə qarşıladı

 

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Pekində keçirilən “Qran-Pri” yarışları seriyasından beşinci mərhələ turnirində təşkilatçıların nəzərdə tutduqları iki istirahət günündən birincisini əla əhval-ruhiyyə ilə qarşılamışdır. İlk iki turda macar Peter Leko və ABŞ təmsilçisi Qata Kamski ilə heç-heçəyə razılaşan şahmatçımız növbəti görüşlərdə Vasili İvançuk (Ukrayna) və Van Hao (Çin) üzərində ardıcıl iki qələbə qazanmışdır.

Dörd turdan sonra hesabında 3 xal olan Məmmədyarov 12 rəqibin nəticələrini əks etdirən turnir cədvəlində ikinci mövqedədir. Lider isə 3,5 xala malik Sergey Karyakindir (Rusiya).

Sonrakı yerləri tutan Van Yue (Çin), Aleksandr Qrişuk (Rusiya), Veselin Topalov (Bolqarıstan) 2,5, Aniş Giri (Hollandiya), Leko, Aleksandr Morozeviç (Rusiya) 2, İvançuk 1,5, Van Hao, Kamski 1, israilli Boris Gelfand yarım xal toplamışlar.

Dünən turnirdə istirahət günü idi. Bu gün keçiriləcək beşinci turda Məmmədyarov Qrişukla görüşəcək.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında