Dünya Kuboku turnirində ilk qələbə sevincini Azərbaycan komandası yaşadı

Bakıda yenicə starta çıxmış hərbçilər arasında futbol üzrə birinci Dünya Kuboku turniri “Dalğa Arena” stadionunda Azərbaycan-Mali görüşü ilə başlanmış və bu mötəbər yarışda ilk qələbəyə yığmamız sevinmişdir - 4:0.

Hər iki hissədə afrikalı qonaqlarından üstün oyun nümayiş etdirən turnir sahibləri rəqiblərinə heç bir ümid yeri qoymamışlar.  Elvin Məmmədov, Cavid Hüseynov, Ruslan Qurbanov və Elnur Abdulovun vurduqları dörd cavabsız top Azərbaycan komandasına böyük hesabla qələbə  qazandırmışdır.

İndi futbolçularımız bu müvəffəqiyyəti sabah Kanadaya qarşı keçirəcəkləri görüşdə bir qədər də inkişaf etdirib dörddəbir finala aparan yolda növbəti uğurlu addım atmağa çalışacaqlar. Xatırladaq ki, 16 kollektivin mübarizə apardığı bu yarışın ilkin mərhələsində Azərbaycan  komandası Mali, Kanada və İraq yığmaları ilə birlikdə “A” qrupunda çıxış edir.

Dünən axşam bizim qrupda daha bir oyun olmuşdur: Kanada-İraq. Digər qruplarda isə Əlcəzair-Bəhreyn, Keniya-Fransa, Oman-Almaniya, Kot d’İvuar-ABŞ, Braziliya-Qətər və Hollandiya-Kamerun görüşləri keçirilmişdir.

Hər qrupdan hansı iki komandanın dörddəbir finala çıxacağını biz ilkin mərhələnin finişində, iyulun 8-də keçiriləcək üçüncü turdan sonra biləcəyik.

Dörddəbir final matçları iyulun 10-da oynanılacaq. Yarımfinallar isə təqvimdə iyulun 12-nə təyin edilmişdir. Yarımfinalların qalibləri iyulun 14-də həlledici final görüşündə qarşılaşıb Dünya Kubokunun sahibini müəyyənləşdirəcəklər. Bürünc medallar uğrunda görüş də elə həmin gün keçiriləcəkdir.

 

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında