Sürətli şahmatda Şəhriyar Məmmədyarova çatan yoxdur

 

İyunun əvvələrində Xantı-Mansiyskdə (Rusiya) sürətli şahmatın rapid növü üzrə dünya çempionatının qızıl medalını qazanmış azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov elə həmin ayın finişində bu böyük müvəffəqiyyətin təsadüfi olmadığını inamla sübuta yetirmişdir. Təmsilçimiz bu dəfə İsveçrənin Cenevrə şəhərində təşkil olunan sürətli şahmat üzrə beynəlxalq turnirdə bütün rəqiblərini məğlubiyyətlə barışmağa məcbur etmişdir.

Səkkiz iştirakçının iki qrupda mübarizə apardığı yarışda Məmmədyarov rusiyalı Vladimir Kramnik, isveçrəli Jannik Pelletye və macar Yudit Polqar üzərində ardıcıl qələbələr qazanaraq öz qrupunun qalibi olmuş, yarımfinalda isə digər qrupda ikinci yeri tutan fransız Etyen Bakrodan dəqiq oynamışdır.

Finalda Şəhriyar bir daha Kramniklə qarşılaşmışdır. Yarımfinalda ABŞ nümayəndəsi Hikary Nakamuranı turnirdən kənarlaşdıran rusiyalı bu dəfə də təmsilçimizlə bacarmamışdır. Azərbaycan şahmatçısı birinci raunda da olduğu kimi həlledici mərhələdə  də Kramniki 1,5:0,5 hesabı ilə məğlubiyyətə uğradaraq turnirin baş mükafatını qazanmışdır.

Əlavə edək ki, elə həmin günlərdə Məmmədyarovun bacıları Zeynəb və Türkan da Cenevrənin qonağı olmuşlar. Orada keçirilən klassik şahmat üzrə açıq beynəlxalq turnirdə Türkan 9 mümkün xaldan 6 xal toplayaraq 40-dan çox iştirakçı arasında altıncı yeri tutmuş, ondan yarım xal geri qalan Zeynəb isə doqquzuncu olmuşdur.

Oqtay BAYRAMOV, “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında