2015-ci ildə ilk dəfə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının Koordinasiya Komissiyasının növbəti iclası keçirilmişdir

 

İyulun 1-də 2015-ci ildə ilk dəfə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının Koordinasiya Komissiyasının növbəti iclası keçirilmişdir.

Bakıdakı “Marriot Abşeron” mehmanxanasında təşkil olunmuş tədbirin məqsədi birinci Avropa Oyunlarına hazırlıq məsələləri ilə tanış olmaqdır.

İclasda gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitəsinin baş katibi Rafaello Poqnatçi, Koordinasiya Komissiyasının sədri Spiros Kapralos və başqaları iştirak etmişlər.

İclasda idman növləri, idmançıların seçim prosesi və Bakı şəhərinin hazırlıq səviyyəsi barədə, həmçinin birinci Avropa Oyunlarının keçirilmə tarixi barədə də fikir mübadiləsi aparılmışdır. İdman federasiyalarının rəhbərləri ilə görüşlərin keçirilməsi və Avropa Oyunlarının proqramına daxil olan bəzi idman növlərinə Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri verilməsi istiqamətində müzakirələr aparılmışdır. 

Qonaqlar ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirmiş, olimpiya kəndinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırmış və mötəbər yarışa hazırlıqdan məmnun olduqlarını ifadə etmişlər.

Sonda hazırlıq işləri məşğul olan əməliyyatçı şirkətlərin məruzələri dinlənilmişdir.

Qeyd edək ki, Avropa Oyunlarının ilkin proqramına idmanın 19 növü daxildir. Bunlar kamandan oxatma, su idman növləri (üzgüçülük, su polosu, suyatullanma), atletika, badminton, basketbol (3x3), boks,  kanoe, velosiped (BMX, dağ velosipedi, şose), çimərlik futbolu, gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika), cüdo, karate, atıcılıq (stend və güllə), stolüstü tennis, taekvondo, triatlon, voleybol (zal və çimərlik), güləş və qılıncoynatma növləridir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında