“Qarabağ”la “Xəzər-Lənkəran” eyni vaxtda meydana çıxacaqlar

 

UEFA Avropa Liqası turniri artıq start ərəfəsindədir. Xəbər verdiyimiz kimi, Azərbaycan klubları arasında birinci olaraq meydana “Qarabağ” və “Xəzər-Lənkəran” komandaları çıxacaqlar. Ağdam futbolçuları da, lənkəranlılar da bu məsul yarışda ilk görüşlərini eyni bir gündə səfərdə keçirəcəklər.  İndi isə məlum olmuşdur ki, hər iki oyunun başlanma vaxtı da eynidir.

“Qarabağ” iyulun 2-də Makedoniyanın paytaxtı Skopyedə yerli “Metallurq” komandasının qonağı olacaq. Bakı vaxtı ilə saat 20.45-ə təyin edilmiş oyunu danimarkalı hakim Lars Kristofersen idarə edəcəkdir.

“Xəzər-Lənkəran” isə elə həmin gün Maltada “Slima Uondorers” klubu ilə “münasibətləri aydınlaşdıracaq”. UEFA Taqali şəhərində keçiriləcək oyunun hakimliyini Estoniya Futbol Federasiyasının nümayəndəsi Eriko Saara həvalə etmişdir. Bu görüşdə də topa ilk zərbə saat 20.45-də endiriləcəkdir.

Avroliqada üçüncü təmsilçimiz “İnter”in oyununu izləmək imkanını iyulun 4-də qazanacağıq. Həmin gün bakılılar “Bayıl Arena”da Finlandiyanın “Mariehamn” klubunu qəbul edəcəklər. Saat 21-də başlanacaq görüşdə ədaləti litvalı hakim Sergeyus Sliva qoruyacaq.

 

Azərbaycan futbolunun pərəstişkarları hər üç komandamızın oyunlarını böyük ümidlə, uğurlu start arzusu ilə gözləyirlər.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında