Azərbaycan şahmatçılarının müvəffəqiyyəti

 

Qrossmeyster Nicat Məmmədov Çex Respublikasının Teplitse şəhərində keçirilmiş beynəlxalq turnirdə bütün rəqiblərindən yaxşı çıxış etmişdir. Şahmatçımız 150-dən çox iştirakçının mübarizə apardığı yarışda 9 mümkün xaldan 7 xal toplayaraq baş mükafata sahib olmuşdur.

Turnirdə ikinci-üçüncü yerləri tutan çexiyalılar Vlastimil Babula, Jan Kresji və daha bir neçə rəqib də Məmmədovla eyni nəticə göstərmişlər, lakin onların hamısı əlavə göstəricilərə görə Nicatdan geri qalmışdır.

Yeniyetmə şahmatçılarımız isə Gürcüstanın Ureki şəhərində keçirilmiş aşağı yaş qrupları arasında Avropa kuboku yarışlarında fərqlənərək Azərbaycana 1 qızıl, 3 gümüş və 2 bürünc medalla qayıtmışlar.

Qızıl medala 12 yaşadək iştirakçıların turnirində doqquz görüşdə 8 xal toplayan Vüqar Əsədli sevinmişdir. Fərid Mustafayev 10 yaşadək oğlanların, Zeynəb İsmayılzadə isə həmin yaş qrupunda qızların yarışında gümüş mükafat qazanmışlar. Aydın Süleymanlı da (8 yaşadək) finişə ikinci nəticə ilə çatmışdır. Vüqar Manafov  (10 yaşadək) və Kənan Qarayev (12 yaşadək) bürünc medallara sahib olmuşlar.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında