Finiş kimə sevinc gətirəcək?

 

Moskvada Mixail Talın xatirəsinə həsr edilən ənənəvi beynəlxalq şahmat turnirində altı turun görüşləri arxada qalmışdır. Altıncı turda Şəhriyar Məmmədyarov rusiyalı Dmitri Andreykinlə oyundan “dinc” nəticə ilə ayrılmışdır.

Bu, azərbaycanlı qrossmeysterin turnirin startında ABŞ təmsilçisi Hikaru Nakamura üzərində qələbədən sonra ardıcıl beşinci heç-heçəsidir.

İlk altı turda ən yaxşı nəticəni 4,5 xala malik Nakamura göstərmişdir. Turnir cədvəlində onun ən yaxın izləyicisi Boris Gelfand (İsrail) 4 xal toplamışdır. Üçüncü-dördüncü yerləri bölüşdürən Məmmədyarovla norveçli Maqnus Karlsenin 3,5 xalı vardır. Qalan iştirakçılardan Andreykin və Fabiano Karuana (İtaliya) 3, Sergey  Karyakin (Rusiya) 2,5, Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik və Aleksandr Morozeviç (hər ikisi Rusiya) 2 xal toplamışlar. 

İyunun 20-də  turnirdə ikinci və sonuncu istirahət günü idi. Dünən keçirilən yeddinci turda  Məmmədyarov ağlarla Ananda qarşı oynamışdır. Son iki turda isə azərbaycanlı qrossmeyster Gelfand  və Karlsen ilə görüşəcək.  Görək finiş kimə sevinc gətirəcək...

Oqtay BAYRAMOV,

 “ Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında