Azərbaycanın sərbəst güləş üzrə yığma komandası Avropa çempionu olub

 

Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. APA-nın verdiyi məlumata görə, çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) sərbəst güləş yarışlarında mübarizəyə qoşulub.

63 kq çəkidə Teymur Məmmədov ardıcıl olaraq bütün görüşlərini qələbə ilə başa vurub və finala yüksəlib. Final yolunda slovak, rumın, erməni və türk rəqiblərini üstələyən Teymurun finalda rəqibi Rusiya güləşçisi olub. Rəqibinə heç bir şans verməyən Teymur qızıl medala yiyələnib.

76 kq çəkidə təmsilçimiz Şamil Sadullayev ilk görüşdə erməni rəqibini məğlub edib. Şamil Sadullayev bu uğurunu axıra qədər davam etdirə bilməyib. Təmsilçimiz yarımfinalda məğlub olub, ancaq bürünc medal uğrunda görüşdə Polşa güləşçisini məğlub edib və bürünc medal qazanıb.

 Fazil Həsənov (46 kq) və Vurğun Əliyev (54 kq) də yarımfinala qədər maneəsiz irəliləyib. Hər iki təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Fazil Məmmədov Almaniya, Vurğun Əliyev isə Bolqarıstan təmsilçisini üstələyib, bürünc medala sahib olub.

 Beləliklə, yeniyetmə sərbəst güləşçilərimiz çempionatın ikinci gününü 1 qızıl və 3 bürünc medalla başa vurub.

 Ümumilikdə, 4 qızıl və 4 bürünc medal qazanan yeniyetmə sərbəst güləşçilər komanda hesabında Avropa çempionu olublar.

 Qeyd edək ki, Avropa çempionatının ilk günü yeniyetmə sərbəst güləşçilərimiz 3 qızıl və 1 bürünc medal qazanmışdılar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında