Mətbuat futbola da az xidmət göstərmir

Dünən Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə AFFA-nın inzibati binasında jurnalistlərlə keçirilən görüş qurumun baş katibi Elxan Məmmədovun təbriki ilə başladı. Milli mətbuatın zəngin tarixi keçmişə və ənənələrə malik olduğunu söyləyən baş katib, bu gün də mətbuatımızın üzərinə düşən vəzifəni uğurla həyata keçirdiyini və ictimai-siyasi prosesləri obyektiv olaraq işıqlandırdığını bildirdi.
E. Məmmədov milli mətbuatımızın qollarından olan idman jurnalistikasının da ötən dövr ərzində böyük bir yol keçdiyini və bu sahədə artıq peşəkar qələm sahiblərinin, şərhçilərin formalaşdığını diqqətə çatdırıraq dedi:
- Bütün dünyada olduğu kimi, Azərbaycanda da milyonların sevimli idman növü olan futbol aləmi mətbuatımızın və jurnalistlərimizin peşəkar fəaliyyəti nəticəsində operativ olaraq işıqlandırılır. Xüsusilə, son illər Azərbaycan futbolunun inkişafı və bu idman növünün kütləviləşməsi istiqamətində AFFA-nın gördüyü işlərin və həyata keçirdiyi layihələrin obyektiv işıqlandırılması bizi çox sevindirir. Bunu biz futbolun inkişafına, mətbuatın göstərdiyi dəstək kimi yüksək qiymətləndiririk.
Sonra baş katib AFFA-nın həyata keçirdiyi yeni layihələr barədə jurnalistlərə məlumat verərək, bildirdi ki, futbolun inkişafında mühüm vasitələrdən biri futbol meydançalarının tikintisidir. Hazırda paytaxtda üç stadionun Bayıl qəsəbəsi ərazisində 3 min nəfərlik, Nizami rayonunda 5 min 500 nəfərlik və Mərdəkan qəsəbəsində 12 min nəfərlik futbol meydançalarının əsaslı yenidənqurma və tikintisini həyata keçiririk.
Natiq Azərbaycanda futbolun kütləviləşməsi istiqamətində atılan addımlar nəticəsində hazırda respublikada 10 min nəfərdən çox adamın bu idman növü ilə məşğul olduğunu da diqqətə çatdırdı.
Tədbirdə baş katib Elxan Məmmədov AFFA-nın daha bir layihəsinin - biletlərin internet şəbəkəsi vasitəsilə satış sisteminin də təqdimatını keçirdi. O, layihə barədə açıqlamasında bildirdi ki, yeni sistem azarkeşlərə təkcə stadionun kassalarından deyil, müxtəlif satış məntəqələrindən bilet almağa imkan verəcək. Bu sistem sayəsində azarkeşlər oyunu izləyəcəkləri sektordan meydançanın necə görünəcəyini bilet aldıqları yerdə monitora baxmaqla müəyyənləşdirə biləcəklər. Tədbirdə iqtirak edən mətbuat nümayəndələrinin hər birinə avqustun 11-də T. Bəhrəmov adına Respublika stadionunda keçiriləcək Azərbaycan-Küveyt komandalarının yoldaşlıq oyununu izləmək üçün yeni sistemlə bilet seçimi təklif olundu və jurnalistlər bu oyuna bilet əldə etməklə yanaşı yeni bilet satışı ststemilə də tanış oldular.
Görüşün sonunda mətbuat nümayəndələrinə AFFA-nın hədiyyələri təqdim olundu.{nl}

İlqar RÜSTƏMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında