Superturnir Məmmədyarovun qələbəsi ilə başlandı

 

Moskvada Mixail Talın xatirəsinə həsr edilən və mükafat fondu 100 min avro olan ənənəvi beynəlxalq şahmat turnirinin birinci turu məhsuldar olmuş, beş görüşdən üçü rəqiblərdən birinə sevinc, digərinə isə məyusluq gətirmişdir.

Qrossmeysterlərin superturniri adlandırılan bu yarışda ilk qələbəni artıq bir həftəyə yaxındır ki, rapid üzrə dünya çempionu adı daşımağa başlayan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qazanmışdır. Start turunda birinci olaraq məhz onun Hikaru Nakamura ilə görüşü başa çatmışdır. Qaralarla oynayan Məmmədyarov artıq 31-ci gedişdə ABŞ təmsilçisini məğlubiyyətlə barışmağa məcbur etmişdir.

Həmin gün qələbə qeydə alınmış daha iki oyunda Maqnus Karlsen ( Norveç) Vladimir Kramnikə ( Rusiya), Fabiano Karuana (İtaliya) Vişvanatan Ananda (Hindistan) qalib gəlmişlər. Boris Gelfand ( İsrail)-Sergey Karyakin (Rusiya) və Dmirti Andreykin-Aleksandr Morozeviç (hər ikisi Rusiya) görüşlərində rəqiblər heç-heçəyə razılaşmışlar.

Nəticədə, birinci turdan sonra Məmmədyarov, Karlsen və Nakamura xatirə turnirinin ilk liderləri olmuşlar. Dünən Bakı vaxtı ilə saat 16-da başlanan ikinci turda Məmmədyarov Morozeviçlə görüşmüşdür. Bu günə təyin edilmiş üçüncü turda isə Şəhriyar Kramnikə qarşı oynayacaq.

Dairəvi sistem üzrə keçirilib doqquz turdan ibarət olan turnirə iyunun 23-də yekun vurulacaq.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında