Erməni rəqiblərlə görüşlərdə qələbə və heç-heçə

 

Rusiyanın Xantı – Mansiysk şəhərində keçirilən sürətli şahmatın rapid növü üzrə dünya çempionatının birinci günü Azərbaycanın dörd təmsilçisi arasında ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov göstərmişdir. Beş görüşdən üçündə qələbə qazanıb ikisində heç-heçə oynayan qrossmeysterimiz 4 xal toplayaraq çempionatın start gününü turnir cədvəlində üçüncü mövqedə başa vurmuşdur.

Məmmədyarov hərəyə 4,5 xalla ikinci-üçüncü yerləri bölüşdürən Yan Neponyaşi və Andrey Dreyevdən (hər ikisi Rusiya) yarım xal geri qalmışdır.

Eltac Səfərli də çempionata pis başalamayaraq 3,5 xal toplamışdır. Qeyd edək ki, Azərbaycan şahmatçısı dördüncü və  beşinci turlarda ermənistanlı rəqiblərlə qarşılaşmışdır. Səfərli bu turlarda Qabriel Sarkisyana qalib gəlmiş, Vladimir Akopyanla isə heç-heçə oynamışdır.

Digər təmsilçilərimiz Qədir Hüseynov və Rauf Məmmədov yarışın birinci günü 2 xal toplamışlar.

Dünən növbəti beş turun görüşləri keçirilmişdir. Dünya çempionatına bu gün 11-15-ci turların oyunları ilə yekun vurulacaqdır.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında