Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə 33-cü beynəlxalq Bakı turnirinin açılışı olmuşdur

Aprelin 6-da Bakı İdman Sarayında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə 33-cü beynəlxalq Bakı turnirinin açılışı olmuşdur.
Yarış iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzmüşlər.
Daha sonra idmançılar Şəhidlər Xiyabanında Həzi Aslanovun abidəsini ziyarət etmişlər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra beynəlxalq turnirin açılış mərasimi olmuşdur.
Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmaylov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Nəbi Şükürlü və məşhur sərkərdənin nəvəsi, polis general-mayoru Həzi Aslanov idmançılara uğurlar arzulamışlar.
Çıxış edənlər ölkəmizdə idmanın, o cümlədən cüdonun inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə təşəkkürlərini bildirmişlər. Son illər ölkəmizdə müntəzəm olaraq beynəlxalq turnirlərin keçirildiyini diqqətə çatdıran natiqlər, bunu Azərbaycanın dünyanın idman mərkəzi kimi tanınmasının bariz nümunəsi olduğunu söyləmişlər.
1975-ci ildə dahi siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan bu turnirin milli cüdonun inkişafı istiqamətində mühüm mərhələ olduğunu və cüdoçularımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrin Azərbaycanda bu idman növünün böyük gələcəyindən xəbər verdiyini diqqətə çatdırmışlar.
İki gün davam edəcək turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və İrandan 200-dən çox cüdoçu mübarizə aparır.
İncəsənət ustalarının konsertindən sonra müxtəlif çəki dərəcələrində yarımfinal və final görüşləri keçirilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında