Avstriyadan 3 qızıl və 2 bürünc medalla

 

Azərbaycanın qadınlardan ibarət yığma komandasının güləşçiləri Avstriyada keçirilmiş beynəlxalq turnirdə yaxşı hazırlıq və əsl qələbə əzmi nümayiş etdirmişlər. Təmsilçilərimizdən beş nəfəri çıxışlarını fəxri kürsüdə başa vurmuşdur. Onlara 3 qızıl və 2 bürünc medal təqdim olunmuşdur.

London Olimpiadasının bürünc mükafatçısı, 59 kq çəki dərəcəsində yarışan Yuliya Ramkeviç, eləcə də Anna Belyayeva (63 kq ) və Natalya Palamarçuk (67 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medalların sevincini yaşamışlar. Bürünc mükafatları isə İrina Netreba (59 kq) və Dina İvanova (72 kq) qazanmışlar.

Oqtay BAYRAMOV, “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında