Cüdo ustalarının növbəti görüş yeri–Tümen

 

 

Hər şeydən göründüyü kimi, iki gün ərzində (25-26 may) Rusiyanın Tümen şəhərində keçiriləcək cüdo üzrə “World masters” beynəlxalq turniri iştirakçıların tərkibinə görə çox mötəbər olacaqdır. Yarışın mükafatları uğrunda 40-dan çox ölkənin tatami ustaları mübarizə aparacaqlar.

Azərbaycan da turnirdə kifayət qədər geniş heyətlə təmsil olunacaq. Tümenli idman həvəskarları qarşısında yeddi cüdoçumuz ustalığını nümayiş etdirəcək. Bunlar İlqar Muşkiyev (60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov və Elmar Qasımovdur (hər ikisi 100 kq).

Macarıstanlı hakimlər briqadası

Azərbaycan milli futbol komandasının dünya çempionatının seçmə yarışları çərçivəsində paytaxtımızda Lüksemburq yığmasına qarşı keçirəcəyi görüşün hakimləri məlum olmuşdur. İyunun 7-nə təyin edilmiş bu oyunu Mixali Fabianın başçılığı ilə macarıstanlı hakimlər briqadası idarə edəcəkdir.

Lüksemburqla matça hazırlıq proqramında isə Azərbaycan futbolçularını mayın 29-da rəqib meydanında Qətər yığma komandası ilə yoldaşlıq görüşü gözləyir.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında