SOCAR Azərbaycan Yunanıstana çempion adını qorumaq üçün gedəcək

 

 

Ötən il Eylatda (İsrail) keçirilmiş şahmat üzrə klublar-

arası Avropa çempionatında ölkəmizin idman içtimaiyyətini qızıl medallarla sevindirmiş SOCAR Azərbaycan komandası qarşıdakı payızda qitə çempionu adını özündə saxlamaq hüququ uğrunda mübarizə aparacaq .

Klubumuz bu məqsədə çatmaq üçün oktyabrın 19-dan 27-dək Yunanıstanın Rodos adasında təşkil olunacaq çempionatda da Eylatdakı kimi bütün rəqiblərindən yüksək nəticə göstərməli, birinci olmalıdır.

Artıq SOCAR-ın heyəti müəyyənləşmişdir. Yunanıstan turnirində Avropa çempionunun şərəfini Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Eltac Səfərli, habelə Veselin Topalov (Bolqarıstan), Qata Kamski (ABŞ), Fabiano Karuana (İtaliya) və Aniş Giri (Hollandiya) qoruyacaqlar. Azərbaycan klubunun səkkizinci üzvü isə yaxın vaxtlarda məlum olacaq. SOCAR-ın kapitanının Vladimir Tukmakov olduğunu da xatırladaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında