“Qəbələ”, “Barselona”, “Beşiktaş”...

 

 

Mayın 29-da starta çıxacaq 15 yaşlı futbolçulardan ibarət komandalar arasında ikinci beynəlxalq “Qəbələ kuboku” turniri, şübhəsiz, azarkeşlərin böyük marağına səbəb olacaq. Kubok uğrunda mübarizədə güclü futbol dövlətlərini təmsil edən klubların adları bu fikri inamla təsdiq edir: “Barselona”, (İspaniya), “Beşiktaş” (Türkiyə), “Şaxtyor” (Ukrayna), “Portu” (Portuqaliya), “Zenit” (Rusiya), “Feyenoord” (Hollandiya).

Bu məşhur komandaların usta futbolçularının yaxın ehtiyat qüvvəsi olan 15 yaşlılar, eləcə də Topaz Premyer Liqasının iddalı klublarından biri sayılan “Bakı”nın yeniyetmə futbolçuları bir neçə gün ərzində “Qəbələ”dəki yaşıdlarının qonağı olacaq, özlərinin yaddaqalan oyunları və əsl qələbə əzmi ilə azarkeşlərə xoş anlar yaşadacaqlar.

Püşk nəticəsində rəqiblər iki qrupa bölünmüşlər. “Qəbələ” birinci qrupda “Barselona”, “Şaxtyor” və “Beşiktaş”la rəqabət aparacaq, ikinci qrupa isə “Bakı”, “Portu”, “Zenit” və “Feyenoord” daxildirlər.

“Qəbələ kuboku”nun  qalibi, eləcə də ikinci və üçüncü mükafatçılar iyunun birinci günü məlum olacaq. Baslıcası isə qarşıdakı turnir onun hər bir iştirakçısının hazırlıq səviyyəsinin yüksəlməsinə xidmət etməklə yanaşı, oyunları böyük bir bayram kimi izləyəcək qəbələli uşaq və yeniyetmələr arasında futbolun daha kütləvi   hal alması işinə yeni təkan verəcək.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında