“Neftçi” Avroliqadakı uğurunu Çempionlar Liqasında davam etdirməyə çalışacaq

 

 

Topaz Premyer Liqasında mövsümün əvvəlindən azarkeşləri maraqlandıran bütün suallara hələ sonuncudan əvvəlki, 31-ci turda cavab alınmışdı.

Finişə bir tur qalmış “Neftçi” qızıl medalları və Çempionlar Liqasında oynamaq hüququnu özünə təmin etməsi, “Qarabağ” və “İnter” müvafiq surətdə gümüş və bürünc mükafatçılar olub Avroliqa turnirinə vəsiqə qazanmaları münasibətilə ilkin təbrikləri qəbul etmişdilər. Milli çempionatımızda, gözlənildiyinin əksinə olaraq, uğursuz çıxış etməsinə baxmayaraq, Azərbaycan kuboku yarışlarının finalınadək irəliləyən və mayın 28-də “Neftçi” ilə həlledici final görüşündə necə oynayacağından asılı olmayaraq “Xəzər-Lənkəran”ın da ölkəmizi Avropa Liqası turnirində təmsil edəcəyi məlum idi.

Bu səbəbdən də birinci altılıq komandalarının son turda oyunları elə bir əhəmiyyət kəsb etmirdi. Bu görüşlərdə “Neftçi”nin “Bakı”ya  uduzması (0:1) çempionun hədsiz sevincinə xələl gətirmədi, “Qarabağ” futbolçuları “Simurq” ilə matçdan yəqin ki, hər iki rəqibi qane edən qolsuz heç-heçə ilə ayrildılar, “İnter” isə “Qəbələ” üzərində qələbə qazansa da  (1:0) Ağdam klubunu ikinci pillədən sıxışdırmaq imkanını hələ son tur ərəfəsində itirmişdi. Nəticədə “Neftçi” finişə 62, “Qarabağ” 59, “İnter” isə 57 xalla çatdılar.

Sonuncu Avroliqa turnirində də kifayət qədər uğurla çıxış edib Azərbaycan klubları arasında birinci olaraq, qitəmiqyaslı yarışların qrup mərhələsinə vəsiqənin sevincini yaşamış, İtaliyanın “İnter” (Milan), Rusiyanın “Rubin” (Kazan) və Serbiyanın “Partizan” (Belqrad) kimi komandalarını Bakıya gətirmiş Böyükağa Hacıyevin yetirmələri indi futbol ictimaiyyətimizin ümidlərini Çempionlar Liqaslnda doğrultmağa çalışacaqlar.

Milli çempionatlarımızda ardıcıl üçüncü il ən yüksək zirvəni fəth etməsi ilə haqlı olaraq fəxr edə biləcək “Neftçi”yə qitə klub futbolunun ən nüfuzlu yarışını “Qarabağ”, “İnter” və “Xəzər-Lənkəran”a isə Avroliqa görüşlərini tam hazırlıqla qarşılayıb, mümkün qədər çox qələbə sevinci keçirməyi arzulayaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında