San-Marinoda 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı təqdimat keçirilmişdir

 

 

San-Marinoda Avropa Olimpiya Komitəsinin (AOK) 34-cü seminarı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Forumu keçirilmişdir.

Azərbaycan Milli Olimpiya Komitəsindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Avropa Olimpiya Komitəsinə üzv olan Milli Olimpiya Komitələrinin nümayəndə heyətləri iştirak etmişlər.

Üç gün davam edən seminar və forumda Azərbaycanı Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva təmsil etmişdir.

K.Nurullayeva seminarda “Bakı 2015” layihəsi haqqında geniş məlumat vermiş və Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün Azərbaycanda böyük potensialın olduğunu vurğulamışdır.

O qeyd etmişdir ki, Avropa Oyunlarına iki il vaxt qaldığından biz hazırda bütün gücümüzlə idman və qeyri-idman obyektlərini tam hazır etməyə çalışırıq. “Bakı 2015” idman tarixində bir zəfər olacaq və biz bir neçə idman növü üzrə belə bir mötəbər yarışın şəhərimizdə keçiriləcəyindən çox məmnunuq.

Bundan əlavə, Avropa Oyunları ilə bağlı yaradılmış AOK-un Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos tədbirdə təmsil olunan Milli Olimpiya komitələri qarşısında ötən ayın sonunda komissiyanın Bakıda keçirilmiş görüşü ilə bağlı hesabat vermişdir. Hesabatda Əlaqələndirmə Komissiyasının görüşünün yüksək səviyyədə təşkil edilməsi, iclaslarda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı və nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilmiş görüşlər barəsində ətraflı məruzə edilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında