Topalov, Məmmədyarov, Morozeviç

 

 

Beynəlxalq Şahmat Federasiyasının saytında FİDE-nin “Qran-Pri” yarışlarının üç mərhələsindən sonra iştirakçıların turnir vəziyyəti açıqlanmışdır. Cədvəlin ilk üç pilləsində Veselin Topalov (Bolqarıstan), Şəhriyar Məmmədyarov (Azərbaycan) və Aleksandr Morozeviç (Rusiya) irəliləyirlər.

Bolqarıstanlı qrossmeyster London, Daşkənd və Zuqda (İsveçrə) keçirilmiş üç turnirdən ikisində oynamış, İngiltərə paytaxtında 140, İsveçrədə 170, iki yarışın yekununda isə 310 xal toplamışdır.

Hər üç mərhələnin iştirakçısı olmuş Məmmədyarov Londonda 140, Daşkənddə 80, Zuqda 20, ümumilikdə 240 xal qazanmışdır.

Morozeviç də Topalov kimi iki turnirdə çıxış etmiş, Özbəkistan paytaxtında 140, İsveçrə turnirində 75 xal toplamışdır ki, bu da ümumi yekunda 215 xalla bərabərdir.

Azərbaycan şahmatının digər yetirməsi Teymur Rəcəbov hələlik yalnız Zuq turnirində oynamış və cəmi 20 xal qazanmışdır. Lakin qarşıda onu hələ üç mərəhələ gözləyir.

Şahmat pərəstişkarlarının artıq bildikləri kimi, “Qran-Pri” altı mərhələdən ibarətdir və onun 19 iştirakçısından hər biri yalnız dörd turnirdə oynaya bilər.  Finişdə mühüm yekunda ilk iki yerin sahibləri iddiaçıların dünya şahmat tacı uğrunda növbəti turnirində oynamaq hüququ qazanacaqlar. Dördüncü mərhələ mayın 21-dən iyunun 4-dək Solonikdə (Yunanıstan) keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında