Qızıl və bürünc medallardan sonra gümüş mükafat

 

 

Azərbaycan ağırlıqqaldıranalrı Perunun paytaxtı Limada keçirilən gənclər arasınsda dünya birinciliyində daha bir medal qazanmışlar. Bu dəfə fəxri kürsüdə təbrikləri Nicat Rəhimov qəbul etmişdir. Atletimiz 77 kq çəki dərəcəsində çıxışlarını gümüş mükafatla başa vurmuşdur.

Üç il əvvəl Sinqapurda Yeniyetmələrin I Olimpiya Oyunlarının qalibi olmuş Nicat Limada gənclərin dünya birinciliyində də yaxşı hazırlıq nümayiş etdirmişdir. O, birdən 153, təkanla 187 kq ağırlıq qaldırmış və iki hərəkətin cəmində 340 kq nəticə ilə ikinci yeri tutmuşdur.

Rəhimovun gümüş medalı Azərbaycan  idmançılarının Peruda qazandıqları sayca üçüncü mükafatdır. Xatırladaq ki, ondan əvvəl Valentin Xristov (62 kq) qızıl və Firudin Quliyev (69 kq) bürünc medalların sevincini yaşamışdılar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında