Rauf MƏMMƏDOV: Avropa çempionatında ardıcıl üç qələbə

 

 

Polşanın Leqnitsa şəhərində keçirilən şahmat üzrə 14-cü Avropa çempionatının təşkilatçıları bu yarış üçün 100 min avro məbləğində mükafat fondu təsis etmişlər. Çempion 14500, ikinci-üçüncü yerlərin sahibləri müvafiq surətdə 11 və 9 min avro qazanacaqlar.

 Sonrakı bir neçə yer üçün də mükafatlar nəzərdə tutulmuşdur. Ən başlıcası isə çempionatın ən yaxşı 23 şahmatçısı növbəti Dünya kuboku turnirində oynamaq hüququ qazanacaq.

Xəbər verdiyimiz kimi, Avropa çempionatında Azərbaycanın bir qrup təmsilçisi də mübarizə aparır. İlk üç turda onlar arasında ən yaxşı nəticəni ardıcıl üç qələbə qazanan Rauf Məmmədov göstərmişdir. Qrossmeysterimiz üçüncü turda Mustafa Yılmaza (Türkiyə) qalib gəlmişdir. Məmmədovla yanaşı çempionatın 280 iştirakçısından daha səkkiz nəfəri 3 xal toplamışdır.

Xatırladaq ki, turnir 11 turdan ibarətdir. Dünən axşam dördüncü turun görüşləri keçirilmişdir. Məmmədov bu dəfə finlandiyalı Tomi Nibaka qarşı oynamışdır.

 

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında