Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyinin qalibidir

 

 

Ötən il iyulun son günlərində Londonda XXX Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olmuş, bu ilin aprel ayında Tiranada Avropa çempionu adını qazanmış Azərbaycan ağırlıqaldıranı Valentin Xristov mayda daha bir yarışın qalibi olmuşdur. Atletimiz bu dəfə Limada fərqlənmişdir.

Peru paytaxtında keçirilən gənclər arasında dünya birinciliyində Xristov 52 kq çəki dərəcəsində hamıdan yaxşı nəticə göstərmişdir. Valentin birdən 138, təkanla 178 kq ağırlıq qaldırmış və bütün rəqibləri üçün əlçatmaz olmuşdur. Azərbaycan idmançısı iki hərəkətin cəmində 316 kq nəticə ilə dünya birinciliyinin qalibi adını qazanaraq özünün mükafatlar kolleksiyasını daha bir qızıl medalla zəngiləşdirmişdir.

Yarışların ikinci günü daha bir idmançımız sevinmişdir. Firudin Quliyev (69 kq) iki hərəkətin cəmində 308 kq ağırlıq qaldıraraq bürünc medal qazanmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında