Xüsusi olimpiyaçılar xatirə turnirində iştirak etmişlər

 

 

Xüsusi Olimpiya Komitəsi (XOK), “İnter” peşəkar idman klubunun təşkilatçılığı və “Coca-Cola” şirkətinin maliyyə dəstəyi ilə “Şəfa” stadionunda ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş mini futbol turnirinin açılış mərasimi olub.

 İdman ictimaiyyətinin nümayəndələrinin və futbolçuların iştirakı ilə keçirilən açılış mərasimində  çıxış edən Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev Azərbaycanda əsası Heydər Əliyev tərəfindən qoyulan idman siyasətindən danışdı və ümummilli liderin fəallar yığıncağındakı çıxışını xatırlatdı: “Kütləvi idman işinin inkişafına rəhbərlik siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət həmişə böyük əhəmiyyət vermişdir və indi də verir”. İdman ictimaiyyətinin bütün nümayəndələrinin Heydər Əliyevi Azərbaycan idmanının ən böyük pərəstişkarı hesab etdiklərini vurğulayan natiq qeyd etdi ki, idmançılarımız ulu öndərin ümidlərini doğrultmağı, mötəbər yarışlarda yüksək nəticələr əldə etməyi özlərinə borc bilir, onun idmanımızın tərəqqisi naminə gördüyü işləri həmişə dərin minnətdarlıq hissi ilə xatırlayırlar.

Mərasimin bədii hissəsində bir-birindən maraqlı kompozisiyalar, rəqs nömrələri və gimnastların nümunəvi çıxışları nümayiş etdirildi.

Sonra mini futbol yarışlarına start verildi. Yarışlarda iştirak edən UNİFİED, yəni birləşmiş komandaların yarısı xüsusi qayğıya ehtiyacı olan əqli imkanları məhdud idmançılardan, yarısı isə məktəbyaşlı sağlam futbolçulardan ibarət idi. Turnirdə Bakı-Abşeron, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Göyçay və Salyan regional proqramlarının xüsusi, yardımçı məktəb və internatlarından 21 komanda iştirak etdi.  Sonda qalib gələn komandalara diplom və hədiyyələr təqdim edildi.

Leyla QURBANOVA,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında