Azərbaycan şahmatçıları Polşa və Yunanıstanda

 

 

Polşanın Leqnista şəhərində keçirilən şahmat üzrə 14-cü Avropa çempionatının medalları uğrunda 300-ə qədər rəqib, o cümlədən 150-dən çox qrossmeyster mübarizə aparır. İştirakçılar arasında Azərbaycanın  bir qrup təmsilçisi də vardır.

Şahmatçılarımızdan dördü Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Azər Mirzəyev ilk görüşlərini qələbə ilə başa vurmuşlar. Turnir İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Dünən Avropa çempionatında ikinci turun görüşləri oynanılmışdır.

Yunanıstanın Halkidiki şəhərində isə məktəbli şahmatçıların dünya birinciliyinə start verilmişdir. Oğlan və qızlar ayrı-ayrı turnirlərdə yarışırlar. Hər iki turnir altı yaş qrupunda (7,9,11,13,15 və 17 yaşlılar) keçirilir.

Azərbaycan məktəbliləri dünya birinciliyində geniş heyətlə təmsil olunurlar. Yarışın saytında verilmiş siyahıda ölkəmizin 37 şahmatçısının adı qeyd olunmuşdur. Onların 21-i oğlanların, 16-sı isə qızların turnirində çıxış edir.

Tatami ustalarımızın medalları

Azərbaycan cüdoçuları “Sərhədçi” İdman Olimpiya Mərkəzində başa çatmış “Böyük dəbilqə” turnirində uğurla çıxış etmişlər. Onlardan yeddi nəfərinə fəxri kürsüdə medallar təqdim olunmuşdur.

Tatami ustalarımızdan ən böyük müvəffəqiyyəti Rüstəm Orucov (73 kq), Şahin Qəhrəmanov (90 kq) və Elxan Məmmədov (100 kq) qazanmışlar. Nicat Şıxəlizadə (66 kq) gümüş mükafatçı olmuş, Hüseyn Rəhimli  (73 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) isə üçüncü yeri tutmuşlar.

Qazanılmış medallar Azərbaycan yığmasına komanda hesabında bütün rəqiblərini, o cümlədən müvafiq surətdə ikinci-üçüncü yerləri tutmuş Monqolustan və  Braziliya kollektivlərini geridə qoyub birinci olmaq imkanı vermişdir.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında