“TOUR D’AZERBAIDJAN” beynəlxalq velosiped turunun dördüncü mərhələsi başa çatmışdır

 

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “TOUR D’AZERBAIDJAN” beynəlxalq velosiped turunun 4-cü mərhələsi keçirilmişdir.

Turun dördüncü mərhələsi “Qəbələ-Şamaxı” marşrutu ilə keçirilmişdir. Velosipedçilər 116 kilometr məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçmişlər. Dördüncü mərhələnin qalibi Lüksemburqun “Leopard-Trek Continental Team” klubunun velosipedçisi Yan Xirt olmuşdur. Finiş xəttini ilk keçən idmançının ardından ikinci yerə - Azərbaycanın “Synergy Baku Cycling Project” komandasının üzvü Konor Makkonvi çıxmışdır. Üçüncü yerin sahibi isə İspaniyanın “National Team Spain” klubunun velosipedçisi Rubio Fernandes Dieqo olmuşdur.

Qeyd edək ki, digər marşrutlarla müqayisədə dördüncü mərhələ finişə aparan dik bir yamac ilə seçilərək turun həlledici və ən çətin mərhələsi sayılırdı.

Türkiyənin “Torku Şekerspor” komandasının təmsilçisi Sergey Qreçin 7-ci yeri tutsa da, liderin mavi köynəyini əldən verməmişdir. Dağ təsnifatında isə lider dəyişmişdir. Azərbaycanın “Synergy Baku Cycling Project” komandasının üzvü Konor Makkonvi 15 xalla liderliyi ələ almışdır. Sprinter hesabında 36 xalla “Synergy Baku Cycling Project” komandasının üzvü Kristof Şvaytser liderlik edir. Ən yaxşı gənc yürüşçü hələlik “Astana” komandasından Bəxtiyar Kojotayevdir.

Ümumi komanda hesabında liderlik Portuqaliyanın “Efapel-Grassdrive” komandaslna məxsusdur. Azərbaycanın “Synergy Baku Cycling Project” komandası hələlik 4-cü yerdədir.

Turdan sonra keçirilən mətbuat konfransında mərhələnin qalibi Yan Xirt bildirmişdir ki, çox çətin, ancaq uğurlu bir gün yaşayıb: “Bu mənim ilk qələbəmdir və mən onun ardını gətirmək istəyirəm”.

Sprinter hesabında liderlik edən “Synergy Baku Cycling Project” komandasının üzvü Kristof Şvaytser isə bildirmişdir ki, komandasının taktikası vardır və o, bu taktika çərçivəsində hərəkət edir. 5-ci mərhələ üçün komandasının yeni taktikasının hazırlandığını deyən K.Şvaytser sonuncu mərhələdəd də liderliyi qorumağa çalışacağını bildirmişdir.

Əvvəlki mərhələlərdə olduğu kimi velosipedçilərin irəlilədiyi marşrut üzrə yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri veloyürüşçüləri salamlamışlar.

Beşinci - sonuncu mərhələ isə mayın 5-də Azadlıq meydanından start götürərək, Bakı şəhərinin mərkəzi küçələri ilə 144 kilometr məsafədə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaqdır.

Beynəlxalq velosiped turu həm yerli, həm də xarici, o cümlədən Eurosport, Eurosport-2 və digər televiziya kanalları ilə geniş işıqlandırılır.

V.BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında