Azərbaycan idmançısı Heydər Əliyev kubokunun sahibi olmuşdur

 

 

Bakıda keçirilən atçılığın konkur növü üzrə CSI4* kateqoriyalı Beynəlxalq turnir başa çatmışdır. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş turnirin qalibi Azərbaycan idmançısı Patrik MC Entee olmuşdur.

Turnirin final mərhələsinin açılışında çıxış edən Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, ulu öndərin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır. 

Bildirilmişdir ki, turnirdə Azərbaycan, Gürcüstan, Polşa və İrandan ümumiliklə 28 idmançı 65 atla iştirak etmişdir. Turnirin ümumi mükafat fondu 265 min ABŞ dollarıdır.

Azərbaycanın dövlət himni səsləndikdən sonra beynəlxalq turnirin final yarışları başlamışdır.

Azərbaycan idmançısı Patrik MC Entee “Zidane D” atı ilə turnirdə qələbə qazanaraq Heydər Əliyev kubokuna sahib olmuşdur.

Yarışda 2-ci yerə Polşa idmançısı Aleksandra Lusina  “Kalinka MNM” atı ilə, 3-cü, 4-cü və 5-ci yerlərə İran idmançıları çıxmışlar.

Qaliblərə mükafatlar təqdim olunduqdan sonra Qarabağ atlarının keçidi olmuşdur.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə başa çatmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında