Yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir başlamışdır

 

 

Mayın 4-də Naxçıvan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir başlamışdır.

Əvvəlcə turnirin təşkilat komitəsinin üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan MR və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti Namiq Əliyev və Olimpiya çempionları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət etmiş, ulu öndərin xatirəsini ehtiramla yad etmiş və abidənin önünə gül dəstələri düzmüşlər.

Sonra turnirin rəsmi açılış mərasimi keçirilmişdir.

Açılış mərasimində çıxış edən AGF-nin birinci vitse-prezidenti Namiq Əliyev Vətənimizin dilbər guşəsi olan qədim Naxçıvan torpağında yarış iştirakçılarını salamlamışdır. Ölkəmizdə həyata keçirilən idman siyasətinin uğurla icra edildiyini qeyd etmiş və ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısının idmançılarımızın nailiyyətlərinin ildən-ilə artmasında əvəzsiz rolu olduğunu bildirmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də güclü infrastruktur layihələrinin icra edildiyini qeyd edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. İdmançılara ədalətli mübarizə arzulayan V.Talıbov yarışı açıq elan etmişdir.

Sonra N.Əliyev Naxçıvan Muxtar Respublikasında güləşin inkişafındakı xidmətlərə görə V.Talıbova Beynəlxalq Güləş Federasiyasının (FİLA) qızıl medalı və fəxri diplomunu təqdim etmişdir.

Açılış mərasimi bədii hissə ilə davam etmişdir. “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsinin qalibləri Eldar və Nigarın ecazkar ifaları arenaya toplaşan tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Qeyd edək ki, turnirdə Azərbaycan, Şərur, Özbəkistan, Rusiya, Naxçıvan, Ukrayna, Gürcüstan və Türkiyə komandaları birincilik uğrunda  mübarizə aparırlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında