Stavanger qrossmeysterləri gözləyir

 

 

Norveçin Stavanger şəhərində şahmatçıların superturniri start ərəfəsindədir. Mayın 8-də başlanıb on gün davam edəcək bu yarışın mükafatları uğrunda on məşhur rəqib, o cümlədən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov mübarizə aparacaqdır.

Superturnir dairəvi sistem üzrə keçirilib doqquz turdan ibarət olacaq. Həmyerlimiz qarşıdakı yarışda norveçlilər Maqnus Karlsen, Con Lüdviq Hammer, Rusiya təmsilçiləri Sergey Karyakin, Pyotr Svidler, hindistanlı Vişvanatan Anand, bolqar Veselin Topalov, Levon Aronyan (Ermənistan), Hikary Nakamura (ABŞ) və Van Hao (Çin) ilə görüşəcəkdir.

Turlar Bakı vaxtı ilə saat 18-də başlanacaq. Təşkilatçılar rəqiblər üçün iki istirahət günü də nəzərdə tutmuşlar. Qrossmeysterlər mayın 11-də və 16-da bir qədər dincəlib növbəti görüşlərə yeni qüvvə ilə hazırlaşmaq imkanı qazanacaqlar.

Maraqlıdır, Rəcəbov iştirakçısı olduğu son iki yarışda Londonda iddiaçıların turnirində və  İsveçrənin Zuq şəhərində keçirilmiş FİDE “Qran-Pri”sində uğursuzluqdan sonra Stavangerdə necə çıxış edəcək.

Final: “Çelsi”-“Benfika”

UEFA Avropa Liqası turnirinin mayın 15-də Amsterdamda (Hollandiya) keçiriləcək həlledici final görüşündə İngiltərənin “Çelsi” və Portuqaliyanın “Benfika” komandaları qarşılaşacaqlar. Bu, yarımfinal mərhələsinin cavab görüşünlərindən sonra məlum olmuşdur.

 

Bir həftə əvvəl İsveçrədə “Bazel”i 2:1 hesabı ilə məğlubiyyətə uğradan “Çelsi” Londonda öz pərəstişkarları qarşısında da inamla oynayaraq (3:1) yarımfinaldan finala iki qələbə ilə çıxmışdır.

“Benfika” isə finalın astanasında ilk oyunda İstanbulda “Fənərbaxça”ya kiçik fərqlə uduzmaqla (0:1) cavab görüşü ərəfəsində öz işini bir qədər çətinə salmışdı. Buna baxmayaraq, Portuqaliya futbolçuları həmin uğursuzluğun əvəzini Lissabonda artıqlamasilə çıxmışlar-3:1. İki oyunun ümumi yekununda qələbə “Benfika”ya Amsterdama “bilet” sevinci yaşatmış, tarixində ilk dəfə bu mötəbər yarışın yarımfinalında mübarizə aparmış “Fənərbaxça” isə təəssüf ki, finaldan kənarda qalmışdır.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında