Naxçıvanda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə paralimpiya idman festivalı keçirilir

 

 

Naxçıvanda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə paralimpiya idman festivalı keçirilir.

Festivala Bakıdan 80 nəfərə yaxın  nümayəndə qatılmışdır.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, əziz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.

Daha sonra paralimpiyaçılarımız Heydər Əliyev Muzeyində olmuşlar. Qonaqlar muzeyin zəngin sərgi və ekspozisiyası ilə tanış olmuş, dahi şəxsiyyətin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, ulu öndərimiz haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri onlarda böyük maraq oyatmışdır.

Şərur Olimpiya İdman Kompleksində paralimpiya idman festivalının rəsmi açılış mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi naziri, Paralimpiya Federasiyasının sədri Cavid Səfərov türk dünyasının böyük oğlu Heydər Əliyevin daxili aləminin zənginliyinin, demokratik prinsiplərə sadiqliyinin, vətən və ailəsinə olan sevgisinin hamıya örnək olduğunu bildirmişdir.

Azərbaycanın əhalinin əmək və sosial müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov öz çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərindən danışmışdır. Vurğulamışdır ki, ulu öndərin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi qorunmaqla yanaşı, eyni zamanda möhkəmləndi, inkişaf etdi, əbədilik qazandı. Biz bütün bunlara görə yalnız ulu öndərimizə borcluyuq. Ümummilli lider Heydər Əliyevin dərin zəkası, analitik təfəkkürü, heyrətamiz yaddaşı, işgüzarlıq keyfiyyəti bu dahi insanı dünyada ən güclü, müdrik və qətiyyətli bir siyasətçiyə çevirdi.

Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov və ikiqat paralimpiya çempionu, ikiqat dünya, dördqat Avropa çempionu, “Şöhrət” ordenli, Heydər Əliyev Fondunun “Qızıl Çinar” mükafatına sahib olan cüdoçu İlham Zəkiyev ölkədə aparılan uğurlu idman siyasətindən, tikilən müasir idman komplekslərinin əhəmiyyətindən, ölkə başçısı İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğıdan danışmışlar.

Rəsmi hissə başa çatdıqdan sonra paralimpiyaçılarımızın müxtəlif idman növləri üzrə nümunəvi çıxışları olmuşdur. Festivala əlil arabasında rəqs xüsusi rəng qatmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında