Eltac Səfərli, Qədir Hüseynov və daha altı lider

 

“Naxçıvan-Open-2013” beynəlxalq şahmat turnirinin növbəti, yeddinci turundan sonra yarışın mükafatları uğrunda mübarizədə gərginlik son həddə çatmışdır. Cədvəlin ilk səkkiz pilləsində irəliləyən rəqiblər eyni nəticə göstərmişlər. Bu isə finişdə daha kəskin rəqabət vəd edir.

İlk yeddi turda ən yaxşı nəticəyə azərbaycanlı qrossmeysterlər Eltac Səfərli, Qədir Hüseynov, Rusiya təmsilçiləri İqor Kurnosov, Aleksandr Şimanov, Aleksandr Xalifman, belaruslu Aleksey Aleksandrov, gürcüstanlı Levan Pantsulaya və polşalı Bartlomey Maçeyya nail olmuşlar. Liderlər hərəyə 5 xal toplamışlar.

Yeddinci turda Səfərli Kurnosovla heç-heçə oynamış, Hüseynov həmyerlisi Nicat Abbasova qalib gəlmişdir.

Dünən keçirilən səkkizinci turda Eltacın rəqibi Aleksandrov olmuş, Qədir isə Pantsulaya ilə görüşmüşdür. Turnirə bu gün sonuncu, doqquzuncu turla yekun vurulacaqdır.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında