Tanınmış türk futbolçuları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etmişlər

 

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçiriləcək beynəlxalq yoldaşlıq oyunu ilə əlaqədar Bakıda səfərdə olan Türkiyə futbolunun tanınmış nümayəndələri Hakan Şükür, Rüştü Rəcbər və Abdullah Avcı, həmçinin AFFA-nın və “Bakı” Futbol Klubunun rəhbərliyi aprelin 30-da Fəxri Xiyabana gedib.

AzərTAc AFFA-nın saytına istinadən xəbər verir ki, türkiyəli qonaqlar Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə əklil qoyublar. Sonra onlar Şəhidlər Xiyabanına yola düşüb, burada 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin məzarına gül dəstələri qoyub, habelə ötən əsrin əvvəllərində Bakının işğaldan azad olunması uğrunda canından keçmiş türk əsgərlərinin xatirə kompleksini ziyarət ediblər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında