“TOUR D’AZERBAIDJAN” beynəlxalq velosiped turuna həsr olunmuş mətbuat konfransı

 

 

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, təşkilat komitəsinin sədri Sahib Ələkbərov “TOUR D’AZERBAIDJAN” beynəlxalq velosiped turu, onun marşrutları, habelə tura hazırlıq işlərinin mюvcud vəziyyəti barədə media nümayəndələrini məlumatlandırmışdır.   Qeyd edilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq velosiped turu 5 mərhələdən ibarət olmaqla 2013-ci il may ayının 1-dən 5-dək Bakı şəhəri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisində keçiriləcəkdir.   

Veloturda 24 юlkədən, o cümlədən ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya, Niderland, Norveç, İsveçrə, Portuqaliya, Belçika, Danimarka, Avstraliya, Əlcəzair, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər xarici юlkələrdən 500 nəfərdən çox iştirakçının və fəxri qonaqların, eləcə də Beynəlxalq Velosipedçilər İttifaqının rəhbərliyinin, dünyanın tanınmış velosipedçilərinin, həmçinin XXX London Yay Olimpiadasının qalibi, Qazaxıstan velosipedçisi Aleksandr Vinokurovun iştirakı gюzlənilir. Veloturda ümumilikdə 25 komanda çıxış edəcək ki, bunların da 17-si kontinental, 6-sı milli komandalardır. Hər komandanın tərkibində 6 velosipedçi yarışacaqdır. Bütюvlükdə velotura 41 юlkədən velosipedçi qatılacaqdır.    

Veloturun təşkilat komitəsinin üzvü Albrext Rюder qeyd etmişdir ki, turda iştirak edən komandalardan 20-si təxminən eyni qüvvəyə malikdir ki, bu da yarışın ciddi rəqabət şəraitində keçəcəyini sюyləməyə əsas verir. Bu il Minskdə keçirilmiş velosiped yarışları üzrə dünya çempionatının qalibləri olan 2 velosipedçi də Avstraliya komandasının tərkibində “Tour d’Azerbaidjan”a qatılacaqdır. Turda iştirak edən velosipedçilər arasında “Tour d’France” yarışlarının mükafatçıları da vardır.

A.Rюder “Baku Synergy Cycling Project” komandasının əsas rəqibləri kimi “Rabobank Development Team” (Hollandiya), “Leopard - Trek Continental Team” (Lüksemburq) və “Continental Team Astana” (Qazaxıstan) komandalarını gюrdüklərini bildirmişdir.    S.Ələkbərov tur çərçivəsində hazırlıq işlərinin artıq yekunlaşdığını bildirmişdir. O həmçinin bildirmişdir ki, turun 1-ci və 5-ci mərhələləri çərçivəsində Bakı şəhərində bir sıra prospektlər və yollarda nəqliyyatın hərəkəti dayandırılacaq və ya məhdudlaşdırılacaqdır. Turun ilk günü, may ayının 1-də

Heydər Əliyev prospekti saat 10.30-dan 14.00-dək nəqliyyatın hərəkəti üçün bağlanacağı gюzlənilir.

O vurğulamışdır ki, bюyük velosiped yarışları zamanı nəqliyyatın hərəkətinin məhdudlaşdırılması dünyanın bütün юlkələrində tətbiq olunur. Məsələn, Fransada velosiped yarışları zamanı Parisin mərkəzi yolu olan “Yelisey çюlləri”, İstanbulda şəhərin Asiya və Avropa hissəsini bir-birinə bağlayan başlıca hərəkət qovşağı olan kюrpü belə bağlanır. Qeyd olunanları nəzərə alaraq, yürüş vaxtı alternativ yollardan istifadə edilməsi xahiş olunmuşdur. Sonra media nümayəndələrinin sualları cavablandırılmışdır.

V. BAYRAMOV,     “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında