“Naxçıvan Open-2013" yolun yarısı keçildi

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının  90-cı ildönümünə həsr edilmiş “Naxçıvan Open-2013" beynəlxalq şahmat festivalının ”A" qrupunda liderlər sırasında olan azərbaycanlı qrossmeysterlər Qədir Hüseynov və Eltac Səfərli dördüncü turda rusiyalı rəqiblər müvafiq surətdə İqor Kurnosov və Aleksandr Xalifmanla heç-heçə oynamışlar, Nicat Abbasov isə həmyerlisi Kamal Ağasıyevə qalib gəlmişdir.

İlk dörd turda ən yaxşı nəticəni 3,5 xala mailk Bartolemey Maceyya (Polşa) göstərmişdir. On bir iştirakçı, o cümlədən Səfərli, Hüseynov və Abbasov vahid liderdən yarım xal geri qalırlar.

Xatırladaq ki, turnnir doqquz turdan ibarətdir. Dünən keçirilən beşinci turla yarış məsafəsinin yarısı arxada qalmışdır. Bu turda Hüseynov Belarus təmsilçisi Sergey  Jigalkoya qarşı oynamış, Səfərli isə Abbasovla görüşmüşdür.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında