19-cu dünya çempionatının yekunu

Mundial başa çatsa da, bu futbol bayramı hələ də dünyanın kütləvi İnformasiya vasitələrinin diqqət mərkəzindədir. İlk növbədə CAR-da keçirilən mundialın əvvəlki çempionatlarla müqayisəsi verilir.
Bu mundial dünya çempionatlarının finalında vurulan ən gec qolla (117-ci dəqiqə İnyesta - İspaniya) tarixə düşdü. Turnirin keçirildiyi dövrdə 17 qırmızı vərəqə göstərildi. Almaniyada bu rəqəm 26 idi. CAR-da 145 qol vuruldu. Bu, 64 komanda formatında keçirilən çempionatlarda ən aşağı göstəricidir. 1/8 finala cəmi 6 Avropa komandası çıxdı ki, bu da futbol tarixində ən aşağı göstəricidir. CAR-da keçirilən 64 oyunu 3,18 milyon fanat izlədi ki, bu ABŞ mundialı ilə müqayisədə 41 milyon azdır. İspaniya çempionatda cəmi 8 top vurdu və bu qollar 3 oyunçunun aktivinə yazıldı. Bu da çempionlar arasında ən aşağı göstərici sayılır. 19-cu mundialda ən tez qolu (2,39-cu dəqiqə) Argentina-Almaniya oyununda Tomas Müller vurdu. Yalnız Yeni Zelandiya komandası çempionatı məğlubiyyətsiz başa çatdırdı, özü də ki pley-off mərhələsinə vəsiqə qazanmadan. Hollandlar isə bu statistikanı finalda keçirdikləri 14-cü oyunu uduzmaqla korladılar.
Çempionatın "Qızıl topu" Uruqvay yığmasının hücumçusu Dieqo Forlana verildi. "Qızıl əlcək"- Lev Yaşin adına priz isə İspaniya yığmasının qapıçısı İker Kasilyasa, "Ən yaxşı gənc oyunçu" və "Qızıl buts" mükafatları isə Tomas Müllerə qismət oldu.
1-ci yerə çıxdığına görə İspaniya yığması 23,7 milyon avro, gümüş mükafatçı hollandlar 19 milyon avro, digər yarımfinalçılar Almaniya və Uruqvay hərəyə 16 milyon avro, 1/4 finala çıxan Qana, Paraqvay, Argentina və Braziliya milliləri isə hərəyə 14,2 milyon avro mükafat alacaqlar.
Yalnız 3 yığma komanda - İngiltərə, Almaniya və İtaliya öz milli çempionatlarında çıxış edən futbolçularla mundialda təmsil olundular. Ən böyük hesab Portuqaliya-KXDR oyununda qeydə alındı 7-0. Bu həm də Portuqaliya üçün dünya çempionatları tarixində ən böyük hesablı qələbə, Koreya üçün isə ən böyük hesablı məğlubiyyət sayıldı.
Sürəti yüksək olan qollar üzrə rekordu isə Avstraliya ilə oyunda Lukas Podolski təzələdi - 201 km/saat. Buna qədər rekord Roberto Karlosa məxsus idi (198 km/saat)
1978-ci ildən bəri finalda əvvəllər çempion olmayan komandalar yarışdı.
İspaniyanın qələbəsi həm də 1962-ci ildən Cənubi Amerika ilə Avropa arasında olan və bir növ qanunauyğunluğa çevrilən "çempionataşırı" qaydanı pozdu.
Növbəti çempionat isə 2014-cü ildə Braziliyada keçiriləcək.{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında