İdman xəbərləri

 

FİDE “Qran-Pri”si. Üçüncü mərhələ

İsveçrənin Zuq şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) “Qran-Pri” yarışları seriyasından üçüncü mərhələ turnirinə start verilmişdir. Dairəvi sistem üzrə keçirilən və 11 turdan ibarət bu yarışda 12 məşhur qrossmeyster mübarizə aparır. Turnirin qalib və mükafatçıları aprelin 30-da məlum olacaq.

İştirakçılar arasında Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da vardır. Rusiya və ABŞ-ın da hərəsini iki qrossmeyster müvafiq surətdə Sergey Karyakin və Aleksandr Morozeviç, Hikaru Nakamura və Qata Kamski təmsil edirlər. Qalan rəqiblər italiyalı Fabiano Karuano, bolqar Veselin Topalov, macar Peter Leko, ukraynalı Ruslan Ponomaryov, Hollandiya şahmatçısı Aniş Giri  və özbəkistanlı Rüstəm Qasımcanovdur.

Dünən Bakı vaxtı ilə saat 17-də başlanan birinci turda Məmmədyarov ağ fiqurlarla Ponomaryova, Rəcəbov isə qaralarla Karuanaya qarşı oynamışlar.  Bu günə təyin edilmiş ikinci turda azərbaycanlı qrossmeysterlər rusiyalı rəqiblərlə qarşılaşacaqlar. Teymur Karyakinlə, Şəhriyar da Morozevişlə görüşəcək.

Bu günlər daha bir benəlxalq şahmat turniri isə Daşkənddə keçirilir. Orada Georgi Aqzamovun xatirəsinə həsr edilmiş yarışda həmyerlimiz Azər Mirzəyev ilk üç görüşdə bir qələbə və iki heç-heçədən sonra özbəkistanlı İrina Gevorqyana da qalib gələrək dörd turdan sonra xal ehtiyatını 3-ə çatdırmışdır.

Cavab görüşlərini daha böyük maraqla gözləyək

Futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin ilk oyunları gərgin mübarizə şəraitində davam etmiş və hər iki görüşdə meydança sahibi rolunda çıxış edən klublar hesabda kiçik fərqlə qələbə qazanmışlar.

“Bakı – “Xəzər-Lənkəran” matçının taleyini paytaxt futbolçularının vurduqları yeganə qol həll etmişdirsə (1:0), milli çempionatda qızıl medallara əsas namizədlər olan “Neftçi” və “Qarabağ” komandalarının görüşündə tamaşaçılar üç qolun şahidi olmuşlar, qələbəyə isə bakılılar sevinmişlər-2:1.

Yarımfianlın ilk oyunlarında qaliblərin üstünlüyünün cəmi bir top fərqlə ifadə olunması cavab görüşlərində azarkeşlərə daha maraqlı, əvvəldən axıradək gərgin mübarizə vəd edir. İki oyunun yekununda finala hansı iki xoşbəxt komandanın çıxacağını biz aprelin 24-nə təyin edilmiş görüşlərdən sonra biləcəyik.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında