Şəhriyar Məmmədyarov Rusiya çempionatının gümüş mükafatçısıdır

 

 

Azərbayacanlı qrossmeyster Şəhriyar Məmmədyarov Krasnodar diyarının Loo qəsəbəsində keçirilmiş şahmat üzrə Rusiya çempionatında Yekaterinburqun “Malaxit” komandası heyətində gümüş medal qazanmışdır.

Təmsilçimizlə yanaşı çempionatda “Malaxit”in şərəfini Sergey Karyakin, Aleksandr Qrişuk, Aleksey Şirov, Viktor Boloqan, Vladimir Malatkov, Aleksandr Ryazantsev və Aleksandr Motılyov qorumuşlar.

Gümüş mükafatçı yeddi turdan ibarət turnirdə 11 xal toplamışdır. Rusiya çempionu adını qazanmış Sankt-Peterburq Şahmat Federasiayasının komandası da onunla eyni nəticə göstərmişdir. Əlavə göstəricilərə görə birinci yeri Sankt-Peterburq komandası tutmuşdur.

Məmmədyarov çempionatda altı görüşdə oynamış, onlardan birində qələbə qazanmış, beşində heç-heçəyə razılaşmış və şəxsi hesabına 3,5 xal yazmışdır. Qarşıda isə Şəhriyarı aprelin 18-də İsveçrədə başlanacaq FİDE-nin “Qran-Pri” yarışları seriyasından üçüncü mərhələ turniri gözləyir.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında