Finalın astanasında

 

 

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcəkdir. Bu görüşlərdən birində “Neftçi” ilə “Qarabağ”, digərində isə “Bakı” və “Xəzər-Lənkəran” bir-birinin müqavimətini qırıb finala çıxmaq üçün özlərinə yaxşı zəmin yaratmağa çalışacaqlar.

Əgər “Neftçi” və Ağdam klubu Topaz Premyer Liqasında da uğurla çıxış edib turnir cədvəlinin ilk iki pilləsində inamla irəliləyirlərsə, çempionatda medal qazanmaq imkanını itirmiş “Bakı” və “Xəzər-Lənkəran”ın bütün ümidləri kubokadır. Maraqlıdır, finalın astanasında ilk oyunlar necə nəticələnəcək, bir həftədən sonra keçiriləcək cavab görüşlərində kim meydançaya daha yaxşı əhval-ruhiyyə ilə çıxacaq...

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında