Superliqada liderlərin mövqeyi möhkəmdir

 

Qadın voleybol klubları arasında keçirilən Superliqa yarışlarının növbəti, 23-cü turunda qaliblər öz üstünlüklərini elə bir çətinlik çəkmədən sübuta yetirmiş və hər üç oyunda 3:0 hesabı qeydə alınmışdır. “Rabitə” “Lokomotiv”i, “İqtisadçı” voleybolçuları “Lokomotiv-Biləcəri”ni, “Bakı-Azəryol” isə “Telekom”u məğlubiyyətə uğratmışlar.

Bu görüşlərdən sonra 52 xalla turnir cədvəlinə inamla başçılıq edən “Rabitə”, demək olar, qızıl medalları artıq özünə təmin etmişdir. Gümüş və bürünc mükafatlara isə əsas namizədlər 20 oyunda 42 xal  toplayan “İqtisadçı” və 19 görüşdən sonra 40 xala malik “Azərreyl”dir.

Görünür, digər komandalar finişdə bügünkü liderlər üçlüyünün mübarizəsinə müdaxilə edə bilməyəcəklər. Belə ki, hazırda turnir cədvəlində dördüncü mövqedə olan “Lokomotiv” voleybolçuları “Azərrreyl”dən beş xal geri qalırlar, üstəlik də, ondan bir oyun çox keçirmişlər. Çempionatda isə artıq sonuncu, dördüncü dövrənin görüşləri oynanılır.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında