Azərbaycanın yeddi cüdoçusu fəxri kürsüdə

 

 

Ölkəmizin tatami ustaları Yunanıstanın Saloniki şəhərində keçirilmiş “İliadis kuboku” turnirində yaxşı hazırlıq nümayiş etdirmiş və yeddi dəfə fəxri kürsüyə dəvət olunmuşlar.

Komandamızda ən böyük müvəffəqiyyəti 55 kq çəki dərəcəsində çıxış edən Mehman Sadıqov qazanmışdır. Təmsilçimiz bütün rəqiblərini məğlubiyyətə uğradaraq turnirin qızıl mükafatçısı olmuşdur.

Yalnız final görüşündə uduzan Cəlil Cəlilov (66 kq) çıxışlarını gümüş medalla başa vurmuşdur. Telman Vəliyev (60 kq), Afiq Səfərli (73 kq), Məmmədəli Mehdiyev (81 kq),  Firudin Dadaşov (90 kq) və Andrey Fətiyev isə (100 kq-dan yuxarı) üçüncü yeri tutmuşlar.

Nəticədə, Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 5 bürünc medalla 20 ölkə komandaları arasında altıncı olmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında