İspaniya futbol üzrə yeni dünya çempionudur

Hamının gözlədiyi kimi İspaniya çempion oldu. Onun finaldakı rəqibi Hollandiya isə gözəl oyun göstərməsinə baxmayaraq, tarixində üçüncü dəfə 2-ci yerə çıxdı.
Qələbə isə elə-belə qazanılmadı. Oyunun ilk dəqiqələrindən meydançada 10 oyunçu, əlavə vaxtda isə 9 oyunçuyla qalan Hollandiya gözəl müqavimət göstərdi. Narıncılar həm də kobud oyunlarıyla da yadda qaldılar. Bu, bir növ rəqibin gözünü qorxutmaq taktikasına oxşayırdı.
Buna baxmayaraq, oyunun əlavə vaxtında İnieyestanın vurduğu top- bunu "qızıl top" da adlandırmaq olar- yeganə oldu. Beləliklə, futbol üzrə dünya çempionatının tarixinə İspaniya yeni çempion kimi daxil oldu.
Almaniya isə Uruqvay yığmasını 3-2 hesabıyla məğlub edərək bürünc medalları qazandı. Bununla da, Cənubi Afrika Respublikasında keçirilən XIX Dünya Çempionatı- 80 yaşlı dünya çempionatı- ispanlar üçün 1982-ci ildən fərqli olaraq əsl mundiala (dünyəvi) çevrildi.

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında