“Qran-Pri” iştirakçılarının siyahısına Şəhriyar Məmmədyarov başçılıq edir

 

 

Beynəlxalq Şahmat Federasiyası (FİDE) “Qran-Pri” yarışlarının üçüncü mərhələsi ərəfəsində bu turnirlərdə iştirak edən qrossmeysterlərin topladıqları xallara əsasən onların siyahısını açıqlamışdır. İyirmi rəqibin nəticələrini əks etdirən cədvələ azərbaycanlı Şəhriyar Məmmədyarov başçılıq edir.

Artıq xəbər verdiyimiz kimi, “Qran-Pri” yarışları altı turnirdən ibarətdir və hər şahmatçı onların yalnız dördündə çıxış edə bilər. Bu turnirlərin yekununda daha çox xal toplayan iştirakçı baş mükafata sahib olacaq və dünya şahmat tacı uğrunda iddiaçıların növbəti turnirinə vəsiqə qazanacaq.

Altı turnirdən ikisi ötən il London və Daşkənddə keçirilmişdir. Onlarda qazanılan xalların cəminə görə lider Məmmədyarovdur. Şəhriyar İngiltərə və Özbəkistan paytaxtlarında müvafiq surətdə 140 və 80 xal toplamışdır və hazırda hesabında 220 xal vardır. İkinci yeri çinlli Van Hao tutur-210 xal (70+140), üçüncü pillədə isə israilli Boris Gelfand irəliləyir-170 xal (140-30). Rusiyalılar Sergey Karyakin, Aleksandr Morozeviç və bolqar Veselin Topalov hərəyə bir turnirdə oynamış  və 140 xal toplamışlar...

Üçüncü mərhələyə aprelin 18-də İsveçrənin Zuq şəhərində start veriləcəkdir. On bir turdan ibarət olub aprelin 30-da finişə çatacaq bu turnirdə 12 rəqib, o cümlədən Məmmədyarov və Teymur Rəcəbov çıxış edəcəklər. Əgər qarşıdakı mərhələ Şəhriyar üçün sayca üçüncü olacaqsa, Teymur 2012-2013-cü illərin “Qran-Pri” yarışlarında çıxışlarına yenicə başlayır. İlin sonunadək o, daha üç turnirdə mübarizə aparacaq.

İsveçrədə həmyerlilərimizlə yanaşı, yuxarıda xatırlatdığımız Karyakin, Topalaov, ABŞ təmsilçisi Hikary Nakamura, italiyalı Fabiano Karuana, macar Peter Leko, ukraynalı Ruslan Ponomaryov və başqaları çıxış edəcəklər.

Bu arada Bakıda Azərbaycanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Fuad Cəfərovun xatirəsinə həsr edilmiş sürətli şahmatın blits növü üzrə respublika turniri keçirilmişdir. Yarışın qalibi adını 9 mümkün xaldan 8,5 xal toplayan Rauf Məmmədov qazanmışdır. İkinci-üçüncü yerləri bölüşdürən Eltac Səfərli və Nicat Abbasov ondan 2 xal geri qalmışlar. Xatirə turnirində 26 iştirakçı, o cümlədən beş qrossmeyster mübarizə aparmışdır.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında