Vişvanatan Anandın rəqibi Maqnus Karlsen olacaq

 

 

Bu ilin noyabr ayında keçiriləcək dünya şahmat tacı uğrunda matçda hazırkı çempion hindistanlı Vişvanatan Anand norveçli Maqnus Karlsen ilə görüşəcək. Bu, Londonda başa çatmış iddiaçıların turnirinin son turunda məlum olmuşdur.

Finişdə Karlsen ağ fiqurlarla Pyotr Svidlerə (Rusiya) uduzsa da, turnir cədvəlində birinci mövqeyi özündə saxlaya bilmişdir. Belə ki, yarışın qalibi adı uğrunda mübarizədə onun əsas rəqibi rusiyalı Vladimir Kramnik də Vasili İvançukla (Ukrayna) görüşdə məğlubiyyətlə barışmalı olmuşdur. Nəticədə Karlsenlə Kramnik turniri eyni miqdarda-8,5 xalla başa vurmuşlar. Lakin əlavə göstəricələrə görə birinci yeri norveçli tutmuşdur (bu rəqiblər arasında keçirilən hər iki oyun heç-heçə nəticələnmiş, qələbələrin ümumi sayına görə isə Karlsen üstün olmuşdur).

Beləliklə, səkkiz məşhur qrossmeysterin iştirakı ilə keçirilən və ümumi mükafat fondu 510 min avro olan iddiaçıların turnirinin qalibi adını bu yarışın ən gənc iştirakçısı, 23 yaşı hələ qarşıdakı payızda tamam olacaq Karlsen qazanmışdır.

Üçüncü yeri 8 xalla Svidler tutmuşdur. Levon Aronyan da (Ermənistan) bir o qədər xal toplamış, lakin Sviderlə şəxsi görüşlərinin nəticələrinə görə (0,5:1,5) dördüncü yerlə kifayətlənməli olmuşdur. Boris Gelfandla  (İsrail) Aleksandr Qrişuk (Rusiya) hərəyə 6,5, İvançuk 6 xal toplamışlar. Londonda imkanlarından son dərəcə aşağı səviyyədə çıxış edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov isə cəmi 4 xalla turnir cədvəlinin sonuncu pilləsində qalmaqla bütün şahmat aləmini təəccübləndirmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında