Futbolda xokkey qaydası?

Xokkeyə azarkeşlik edənlərə yaxşı tanışdır ki, şayba qapıya daxil olan zaman elektron tabloda işıq yanır. Lakin qolun düz vurulub vurulmamasını isə yenə də hakim təyin edir. Necə deyərlər, son söz onundur.
Dünya çempionatında hakimlərin buraxdıqları səhvlərdən, onların əvəzinə üzr istəməkdən zara gələn FİFA rəhbərliyi də çıxış yolunu məhz xokkey oyunundakı qaydalarda görüb. Qərara gəlinib ki, növbəti dünya çempionatında hakim idarəetməsində yeni qaydalar tətbiq olunsun. Xüsusilə də qolun qapıdan, daha dəqiq, qapı xəttindən keçib-keçməməsi məsələsində. Bu barədə FİFA-nın baş katibi Cerom Valke məlumat verib.
Xatırladaq ki, Almaniya-İngiltərə oyununda ingilis Frenk Lempardın vurduğu qolu, yəni qapının yuxarı dirəyinə dəyib aşağı xətdən içəri girən topu hakim qeydə almamışdı. Baxmayaraq ki, bu 100 faizlik qol idi. Yeni qaydaların tətbiqini də məhz hakimin bu səhvi gündəmə gətirib.
Yeni qaydalara görə qapıda elektron sistemi qurulacaq ki, bu da qol vurulan zaman xüsusi siqnal verəcək. Bundan əlavə, qapının arxasında 2 nəfər xüsusi hakim də dayanacaq. Dəyişikliyin 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında tətbiq ediləcəyi gözlənilir.
Burada bir sual yaranır. Bəs, görəsən müasir texnologiyalara insanlardan daha çox inanan FİFA rəhbərliyi Meksika-Argentina oyununda argentinalı Karlos Tevesin ofsaytdan vurduğu, lakin hakimin qeydə aldığı qoldan sonra, epizodların təkrarının stadionda quraşdırılan tabloda təkrar verilməsinə niyə qadağa qoymuşdu?{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında